Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2016 09:00

Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.
Təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının Üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər. Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.
1200-dən artıq şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.