AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində yaradılmış Səməd Vurğun Poeziya evi bu diyarın keşiyini çəkən Vətən əsgərlərinin də tez-tez üz tutduğu mədəniyyət ocaqlarındandır.
Sentyabrın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından biri Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub.
Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında ikinci gündə Azərbaycanın sərbəst güləş üzrə üç idmançısı yarışlara qatılıb.
Müdafiə nazirinin tapşırığına əsasən Şəmkir şəhərindəki "N" saylı hərbi hissədə "Qadın hərbi qulluqçular və milli-mənəvi dəyərlərimiz" mövzusunda seminar-müşavirə keçirilib.
Sentyabrın 21-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb.
Müdafiə Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunmuş tədbir keçiriblər.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "İnformasiya təhlükəsizliyi" mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib.