Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2016 09:00

Azərbaycan güləşçisi hərbçilərin dünya çempionatında bürünc medal qazanıb

Makedoniyanın paytaxtı Skopyedə Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatında ikinci gündə Azərbaycanın sərbəst güləş üzrə üç idmançısı yarışlara qatılıb.
Çempionatda 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Əşrəf Əliyev bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə Hindistan idmançısına 2:0 hesabı ilə qalib gəlib.