AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" 9 sentyabr 2016-cı il tarixli Sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
Goranboy rayonunun Ağcakənd qəsəbəsində bir qrup müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun ehtiyata buraxılmasına həsr olunmuş təntənəli mərasim keçirilib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçirilir.
Hərbi Dəniz Qüvvələrində "Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu" mövzusunda seminar keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin Laçın rayonu uğrunda şəhid olduğu vaxtdan 24 il keçir.
Artıq bir neçə gündür ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyub.
Oktyabrın 4-dən 6-dək Belqrad şəhərində (Serbiya Respublikası) kommunikasiya və informasiya sistemləri kursu keçirilir.
Oktyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri başlayıb.