Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2016 09:00

"Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu" mövzusunda seminar keçirilib

Hərbi Dəniz Qüvvələrində "Azərbaycan qadınının cəmiyyətdə və hərbi xidmətdə rolu" mövzusunda seminar keçirilib.
Tədbiri Hərbi Dəniz Qüvvələrinin zabiti 1-ci dərəcəli kapitan Natiq Bağırov açaraq qeyd edib ki, Azərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş qadınlarımızın xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olub.
Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə töhfələrini veriblər.
Tədbir iştirakçıları bildiriblər ki, birinci Qarabağ müharibəsində də qadınlar döyüşlərdə iştirak edib, yaralılara xidmət göstərib, müxtəlif vəzifələrdə çalışıblar. Onlar nümunəvi xidmətlərinə görə ordenlər, medallar və fəxri fərmanlarla təltif ediliblər.
Qeyd olunub ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar nəticəsində qadınlar hazırda hərbi xidmətə daha çox cəlb olunub. Bu gün müxtəlif qurumlarda, xüsusilə də Hərbi Dəniz Qüvvələrində müxtəlif peşələrdə çalışan qadınlar fədakarlıqları ilə hər kəsə nümunədirlər.
Sonra matros Çinarə Rzayeva çıxış edərək qadın hərbi qulluqçulara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.