AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.
Düşmən itki verərək geri çəkilibOktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.
Oktyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Almaniya Federativ Respublikasının Vizbaden şəhərində "Varşava sammiti və sonrakı dövr" mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir.
Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bolqarıstanın hərbi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.
Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır.
Ölkəmizdə dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Erməni tərəfinin guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib.