Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2016 09:00

Bolqarıstanın kodifikasiya sisteminin imkanlarına və funksiyalarına dair təqdimat keçirilib

Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bolqarıstanın hərbi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Bolqarıstan mütəxəssisləri bu ölkənin BULCOD milli kodifikasiya sisteminin imkanları və funksiyaları barədə azərbaycanlı həmkarlarına brifinq təqdim ediblər.
Tədbirdə NATO kodifikasiya sisteminin Bolqarıstan Müdafiə Nazirliyində tətbiqinə, onun faydalarına, eləcə də bu sahədə istifadə olunan rəhbəredici sənədlərin hazırlanmasına dair müzakirələr də aparılıb.