Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2016 09:00

Bakıda NATO-nun "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.
Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.