AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ölkəmizdə dostluq səfərində olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib, hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib və qonaqlar hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.