Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib - VİDEO 2 Oktyabr 2026 12:29

Şuşa şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri cənab İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib.

Şuşada Azərbaycan-Türkiyə müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib 2 Oktyabr 2026 10:33

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Şuşada Azərbaycan-Gürcüstan müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər 2 Oktyabr 2026 10:29

Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşündə iştirak etmək məqsədilə Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri cənab İrakli Çikovani ölkəmizdə rəsmi səfərdədir.Oktyabrın 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində gürcüstanlı həmkarı ilə görüşüb.

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - VİDEO 1 Oktyabr 2026 23:14

Qarabağ iqtisadi rayonundakı "Qızılqaya" və Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminə "Yüksək Səviyyəli Müşahidəçi Günü" başa çatdıqdan sonra yekun vurulub.

Baş direktor “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib 1 Oktyabr 2026 21:29

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov oktyabrın 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı ordu admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıran ilə birlikdə “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib.

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - VİDEO 1 Oktyabr 2026 17:19

Azərbaycan, Özbəkistan və Türkiyə respublikalarının hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir - VİDEO 1 Oktyabr 2026 13:55

Oktyabrın 1-də Xocavənd rayon ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü - 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir.

Hərbi qulluqçularımız Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak edib 1 Oktyabr 2026 09:36

Gürcüstanın Müdafiə Nazirliyinin Saçxeri Dağçılıq Təlim Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən “Təməl Yay Dağ Təlimi” kursu başa çatıb.