AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi keçirilir.
Əvvəlcə qiymətləndirmə zamanı keçirilən təlimin məqsədi, təhlükəsizlik qaydaları və digər vacib məsələlərə dair ətraflı məlumatlar təqdim edilib.
Proqrama uyğun olaraq, təlim poliqonunda real atış tapşırıqları icra edilib, eləcə də yanğınsöndürmə üzrə praktiki məşqlər keçirilib.
Bununla yanaşı, hərbi qulluqçuların fərdi bacarıqlarının yoxlanılması məqsədilə nəzəri və praktiki sınaqlar təşkil olunaraq məqbullar qəbul edilib.
Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək təlim zamanı keçirilən ikinci səviyyəli qiymətləndirmənin əsas məqsədi bəyan olunmuş helikopter cütlüyünün əməliyyat imkanlarının NATO standartlarına uyğunluğunun yoxlanılması və sertifikatlaşdırılmasıdır.