Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olunub 19 Oktyabr 2026 17:47

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib.

“Şahinlərin Görüşü-2026” təlimində mürəkkəb taktiki manevrlər yerinə yetirilib - VİDEO 19 Oktyabr 2026 17:20

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.

Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub - VİDEO 19 Oktyabr 2026 10:00

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında hərbi qulluqçu üzərində mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib.

Həftəlik icmal (12.10.2026 - 18.10.2026) - VİDEO 18 Oktyabr 2026 20:04

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub 18 Oktyabr 2026 19:48

Azərbaycan Ordusunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə silsilə tədbirlər keçirilib.

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar 18 Oktyabr 2026 15:34

“Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar.

"Azərbaycan Ordusu" qəzeti № 72 (3074) 17 Oktyabr 2026 15:33

18 Oktyabr - Milli iradənin təntənəsi, müstəqil dövlətçiliyin bərpasıAzərbaycan xalqının dövlətçilik tarixi əsrlərin sınağından keçmiş milli iradənin, azadlıq düşüncəsinin və müstəqil yaşamaq əzminin tarixidir...davamı Füzuli Zəfəri Azərbaycan Ordusunun döyüş hazırlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi2020-ci il oktyabrın 17-si Vətən müharibəsinin 21-ci günü…davamı Prezident İlham Əliyev:

“Şahinlərin Görüşü-2026” təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO 17 Oktyabr 2026 14:46

Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.Uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.Qeyd edək ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO 17 Oktyabr 2026 13:23

Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi başa çatıb.

Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib 16 Oktyabr 2026 18:12

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının komandanı, general-mayor Ali Al-Kaabi və rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.