AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən növbəti təlim toplanışı başlayıb.
Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz Sərxanov Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb və ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Quru Qoşunlarında hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.
Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Həmkarlar İttifaqının XI hesabat – seçki konfransı keçirilib.
Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.
Fevralın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş "Qars müqaviləsindən Naxçıvan dəhlizinə və dünyaya" adlı elmi seminar keçirilib.
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib.
“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir.