AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrokopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Hərbi andiçmə - hərbi xidmətin başlanğıcıHərbi andiçmə hər bir kursantın ömrünün ən yaddaqalan gününə dönür...davamı Türkiyə ilə hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib 13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Ziya Camal Kadıoğlunu vəzifəyə təyin olunması münasibətilə ziyarət etmişdir...davamı Tariximizin unudulmayacaq şərəfli səhifəsiYaşanılmış zaman sübut edir ki, böyük tarixi hadisələr heç vaxt unudulmur, illərin yaddaşına hopur...davamı Şəhid qanı axmayan torpaqdan Vətən olmazQarazadə Nicat Malik oğlu 24 oktyabr 2002-ci ildə Yardımlı rayonunda dünyaya göz açıb...davamı “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirildiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Azərbaycan Ordusunda da rəğbətlə qarşılandı...davamı "Azərbaycan Ordusu" qəzetinin tam variantı
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.
Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Sentyabrın 15-i saat 21:15-dən 22:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.