Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2023 09:32

HHQ-nin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir. 
Plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.