AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir.
Milli Müdafiə Universitetində NATO-nun "Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP)" çərçivəsində “Pedaqoji təlimatçıların təkmilləşdirilməsi” treninqi keçirilir.
Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir.
Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanları Anar Əliyev və Nihad Babayevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.