AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən hərbi hissələrdə "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisasları üzrə zabitlərin yoxlanışı davam edir.
Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Ümummilli Liderimizin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.
Mayın 9-da faşizm üzərində Qələbə münasibətilə bir qrup hərbi qulluqçu Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub.
“Heydər Əliyev İli” çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” adlı tədbir və rəsm sərgisi keçirilib.