AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışlı taktiki təlimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun modernləşdirilməsi, o cümlədən Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir.
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb.
Mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovu qəbul edib.
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polisin yaranmasının 31-ci ildönümü münasibətilə Hərbi Polis İdarəsini ziyarət edib.
Müdafiə Nazirliyi, Milli Məclisin Gənclər və idman komitəsi və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutun stadionunda Ulu Öndərin 100 illiyinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev Kuboku” yarışlarının açılışına həsr olunmuş təntənəli mərasim keçirilib.