Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2023 19:46

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Haçadağa yürüş edib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib.
Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıb və Dövlət himnimizi səsləndiriblər.
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər.