Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2023 19:07

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Konfransı Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev açıq elan edərək Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin aspektlərindən danışıb, beynəlxalq elmi-praktik konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü akademik Fikrət Əliyev, Hərbi Elmi-Tədqiqat İnstitutunun humanitar elmlər şöbəsinin professor-məsləhətçisi, tarix elmləri doktoru dosent Mehman Süleymanov, Hərbi Elmi-Tədqiqat İnstitutunun Fundamental Elmlər şöbəsinin rəisi texnika üzrə fəlsəfə doktoru, professor, 1-ci dərəcəli kapitan Əsəd Rüstəmov çıxış edərək böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan naminə gördüyü işlərdən danışıblar.
Beynəlxalq elmi-praktik konfrans davam edir.