Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2023 17:37

Ümummilli Liderin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hərbi liseyə media-tur təşkil edilib

Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil edilib.
Media nümayəndələri hərbi liseyin ərazisindəki Heydər Əliyev muzeyi, tədris korpusu və digər inzibati binalarda çəkilişlər aparıblar.
Həmçinin liseyin kursant və müəllim heyətindən, eləcə də məzunlarından müsahibələr alınıb.
Ordumuzun peşəkar kadrlarla təmin olunmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi liseyin müstəsna rolu vardır.