AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib.
İkinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.
Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Azərbaycanın müstəqilliyini əbədi, dönməz edən dahi şəxsiyyətAzərbaycan xalqının mübarizə tarixində Heydər Əliyevin adı Böyük Xilaskar, Əbədiyaşar Komandan, Dahi Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər kimi əbədiləşdi.
Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin əməkdaşları və hərbi attaşelik aparatının nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, Belarus əsilli Davidoviç Anatoliy Nikolayeviçin anadan olmasının ildönümü ilə əlaqədar onun məzarını ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı müdafiə nazirinin müvafiq əmrinə əsasən təltif olunub.
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.