Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 10:08

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Qonaqlar əvvəlcə hərbi institutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlə tanış olublar.
Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib, burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.
Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərmağan edilib.
Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub və xatirə fotosu çəkdirilib.