AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cari ilin hazırlıq planına əsasən "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” adı uğrunda müsabiqə keçirilib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlərin döyüş təyinatlı birləşmə və hissələrə yola salınmaları münasibətilə mərasim keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Martın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.
“Hərbi xidmət mənəvi borcdur”İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, səngərlərdə əsgərlərlə söhbətləşəndə əsgərlərdən birinin "Vətən haradan başlanır?" sualına müxtəlif cavablar səslənmişdi.
Əlahiddə Ümumqoşun Orduda müxtəlif idman yarışlarının keçirilməsi davam etdirilir.