AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
"Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.
İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.
Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də İzmir şəhərində türkiyəli həmkarı ilə görüşüb.
“Teknofest Azərbaycan-Türkiyə qardaşlığının öz gənclərinə olan inamının təsdiqidir”Elm və texnologiyanın müasir dövrün tələbləri əsasında qurulması və inkişaf etdirilməsi gənc nəslin üzərinə düşən əsas vəzifələrdən biridir...davamı“Biz Zəfərin əsgəri olduq”Müddətdən artıq həqiqi hərbi xidmətə gələndə məqsədi erməni işğalı altında olan Vətən torpaqlarını azad edənlərin sırasında olmaq, əsgər kimi həmişə komandirlərin verdiyi bütün əmr və tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək, döyüşlər başlayanda düşməni məhv etmək üçün vacib olan bütün döyüş üsullarını öyrənmək idi.
İyunun 7-də Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə “Milli təhlükəsizlik və müharibə kursu”nun dinləyicilərini qəbul edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularının iştirakı ilə hərbi hissələrdə tədbirlər keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti ilə dinləyiciləri Heydər Əliyev adına Hərbi İnstitutu, eləcə də Cəmşid Naxçıvanski adına hərbi liseyi ziyarət ediblər.