AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin Azərbaycan Ordusunun qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə media-turları təşkil edilib.
İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin beş il əvvəl Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində açılışını etdiyi hərbi şəhərcikdə “Dəmir yumruq yerindədir!” adlı vətənpərvərlik tədbiri keçirilib.
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 23-də Moskva şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 104 illiyinə həsr olunmuş “Sistem vaskulitlər hərbi həkimlərin gözü ilə” adlı terapevtik profilli elmi-praktik konfrans keçirilib.
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb.
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.