Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2022 19:22

Baş Klinik Hospitalda elmi-praktik konfrans keçirilib

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 104 illiyinə həsr olunmuş “Sistem vaskulitlər hərbi həkimlərin gözü ilə” adlı terapevtik profilli elmi-praktik konfrans keçirilib.
Konfransda Müdafiə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin tibb personalı, professorlar, rezidentlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin, torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Elmi-praktik konfransın proqramına uyğun olaraq müxtəlif mövzularda həkim-mütəxəssislərin məruzələri dinlənilib.
Qeyd olunub ki, konfransda əsas diqqət hərbi həkimlərin tibbi biliklərinin təkmilləşdirilməsinə və səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, məruzələrə dair ətraflı fikir mübadiləsi aparılıb.