AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunda hərbi topoqrafiyanın rolu danılmazdırTopoqrafiya geodeziya elminin bir hissəsi olub (yunan dilindən tərcüməsi "topo" - ərazi, "qrafo" - təsvir etmək), ərazinin təsviri deməkdir...davamıUlu Öndərin əsasını qoyduğu siyasət bizi Böyük Qələbəyə apardı1973-cü ildə Heydər Əliyev Cəmşid Naxçıvanski adına internat məktəbi ziyarət edəndə mən məktəbin bayraqdarı idim...davamıŞəhid xatirəsi Vətən qədər müqəddəsdirHər bir şəhid evi, ocağı xalqımızın mənəviyyat dünyasının qibləgahı, and yeri, qürur duyacağı məkanıdır.
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri tərəfindən hərbi hissələrdə seminarlar keçirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun planına uyğun olaraq təlim atış çalışmaları yerinə yetirilib.
Azərbaycan Ordusunun qoşun növü və mərkəzi tabelikdə olan hərbi hissələrinin maddi-texniki təminat idarə, şöbə (bölmə) rəisləri ilə təlim-metodiki toplanışın yekunu keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı təhsil müəssisələrinin psixoloqları ilə təlim-metodiki toplantı keçirilib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib.
Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib.
Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə Azərbaycan Ordusunun ümumqoşun poliqonlarında müxtəlif qoşun növlərinin döyüş atışlı intensiv taktiki təlimləri keçirilir.
İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.