AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.
Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir.
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi olub.
Təcrübə döyüşdə qələbəni sürətləndirən amildirAzərbaycan Ordusunun inkişafı və müasir ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsas prioritetlərdən biri oldu.
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-dan Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.
Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov avqustun 23-də “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.
Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi.
Hərbçilərimizin “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.