AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın birgə təşkilatçılığı ilə “Dreamland Golf Club” ərazisində Vətən müharibəsində canlarından keçmiş şəhidlərin övladları üçün “Mənim atam qəhrəmandır!” adlı layihənin növbəti tədbiri keçirilib.
Zəfər ruhumuzun bayrağı oldu!2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Tovuz döyüşlərinin məntiqi davamı olan, Vətən müharibəsi tarixdən də, xalqımızın yaddaşından da silinməyəcək.
2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yay tədris dövrü başlayıb.
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, şair-publisist, polkovnik Abdulla Qurbaninin Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları ilə əlaqədar qardaş türk xalqına ünvanlanan “Azərbaycan yanındadır, Türkiyəm” şeiri əsasında klip hazırlayıb.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.
Mərkəzi Ordu İdman Klubunun təmsilçisi baş leytenant Rafiq Hüseynov yunan-Roma güləşi üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 2-si saat 13:55-dən 17.00-dək Vedi rayonunun Arazdəyən və Basarkeçər rayonunun Zərkənd kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədis ilinin uzlaşma planı”na əsasən Qarnizon Qoşunlarında yeni tədris dövrü başlayıb.
Avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.