AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Arazdəyən-Sədərək istiqamətində mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.
Bu Zəfər bəşərilik zəfəri oldu!Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi.
Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi ilə nəfis tərtibatla nəşr olunan “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin birinci kitabı şəhid ailələri, Azərbaycan Ordusunun şəxsi heyəti və xalqımız tərəfindən böyük maraqla qarşılanır.
Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Ehtiyatda olan mayor Vaqif Məhəmməd oğlu Şəbiyev əslən Qərbi Azərbaycandandır.
29 il əvvəl, 1992-ci il avqustun 5-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin hərbi birləşmələri minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və hərbi texnika ilə Gədəbəy rayonunun Mutudərə kəndi istiqamətində hücuma keçirlər.