AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızın doğum və anım günləri silsilə vətənpərvərlik tədbirləri ilə qeyd edilir, onların məzarları ziyarət olunur, ailələrinə baş çəkilir, xatirələri ehtiramla yad olunur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində bütün xalqımız kimi Şamaxı və Ağsu rayon sakinləri də həm arxa, həm də ön cəbhədə möhtəşəm Zəfərin qazanılmasında səylərini əsirgəməyib, bu gün də rəşadətli Azərbaycan Ordusuna dayaqdırlar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək komandamızın hazırlığını yoxlamaq üçün Hərbi Dəniz Qüvvələrində olub.
Avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Bu gün avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.
Avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilir.
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirilib.