Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Avqust 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 60 (2568)

Zəfər ruhumuzun bayrağı oldu!

2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Tovuz döyüşlərinin məntiqi davamı olan, Vətən müharibəsi tarixdən də, xalqımızın yaddaşından da silinməyəcək. Tovuz döyüşlərindən bir il ötsə də, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov və digər şəhidlərimiz həmişə ehtiramla anılacaq. Vətənpərvər oğullarımız rütbəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq ön cəbhədə, səngərdə əsgərlərimizlə birlikdə işğalı sonlandırmaq üçün rəşadətlə döyüşüblər...davamı


Vətən üçün yaşadı, Vətən üçün şəhid oldu

İkinci Qarabağ müharibəsinin hər günü, hər anı qəhrəmanlıq salnamələri ilə zəngindir. Hər anında Azərbaycan oğullarının, igidlərinin, Vətən sevdalılarının yazdıqları qəhrəmanlıq səhifələri var... Bu səhifələr ümumilikdə ədəbiyyat tariximizdə yeni qəhrəmanlıq dastanlarıdır. Bəli, 44 gündə Azərbaycan oğulları elə dastanlar yazdılar ki, yüz illiklər, qərinələr keçəcək, amma hər zaman onlar  haqqında  danışılacaq, yazılacaq. Bu mövzu heç zaman bitməyəcək...davamı



Cənnətdə ilk ad günün mübarək, şəhidim!

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır"...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı