Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 2021 16:00

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir

Hərbçilərimizin  “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.
Növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrini açılması, minaatan qurğularının döyüşə və səfərə vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq olunub.
Artilleriyaçılarımızın çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.
Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.