AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Ordusunun nümayəndələri Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kiber təhlükəsizlik üzrə təcrübə mübadiləsi, Oberammerqau şəhərində (Almaniya) “Döyüş hazırlığının qiymətləndirilməsi” kursu və Ankara şəhərində (Türkiyə) “Silahlı münaqişə hüququ” kursunda iştirak edirlər.
Nümunəvi xidmət uğurların başlanğıcıdırCəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin qərargahında gənc zabitlərimizdən söz düşəndə leytenant Vasif Quluzadənin adını iftixarla çəkdilər.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin 2020-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi-təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini yoxlamaq üçün “Ən yaxşı hərbi aşpaz” adı uğrunda yarış keçirilib.
Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən Xocavənd rayon İdman Mərkəzində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunmuş daşqaldırma üzrə ordu birinciliyi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.
“Hazırlığımızı dərslərlə də artırırıq”Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan ən güclü və modern orduya sahibdir.
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
2020-ci ilin fəaliyyət planına uyğun olaraq hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir.
Əlahiddə Ümumqoşun Ordunun kursant və əsgərləri Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələrində və muzeylərində olublar.