Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Fevral 2020 18:57

Əlahiddə Ümumqoşun Ordunun kursant və əsgərləri muzeyləri ziyarət edib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun kursant və əsgərləri Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni abidələrində və muzeylərində olublar.
Həftə ərzində dərslərdə fərqlənən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və  hərbi xidmətdə yüksək nəticələr göstərən əsgərlər Heydər Əliyev Muzeyini, Cəmşid Naxçıvanski, Milli Dəyərlər, Dövlət Bayrağı, Naxçıvan Dövlət Tarix Muzeylərini, Hüseyn Cavidin Ev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksini və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərini ziyarət ediblər.
Adı çəkilən mədəniyyət ocaqlarında bələdçilər tərəfindən zəngin tariximizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında ziyarətçilərə ətraflı məlumat verilib.