Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2020 18:33

Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “N” hərbi hissəsinin şəxsi heyəti, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və Xocalı faciəsinin şahidləri iştirak edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə erməni millətçiləri tərəfindən son 200 ildən artıq bir müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb. 
Çıxışlardan sonra Xocalı soyqırımını əks etdirən foto-sərgi tədbir iştirakçılarına nümayiş etdirilib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı bədii kompozisiya  ilə sona çatıb.