AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Türkiyə ərazisindəki Ağrı dağına ekspedisiya təşkil olunub.
2020-ci ilin fəaliyyət planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəxsi heyətin intellektual bacarıqlarının artırılması məqsədilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Xəmsə” intellektual bilik yarışı keçirilib.
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında milli komandamızın tərkibində yarışan Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də uğurla çıxış edirlər.
Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Fevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müqəddəslik zirvəsidi Vətən sevgisiSoyuq bir qış günündə getdiyim dolanbac yollar xatirələrimin şahididir.
Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşçilərimiz tarixdə ilk dəfə 6 medal qazanaraq, komanda hesabında 2-ci yerə layiq görülüblər.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.