Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2020 11:28

"Azərbaycan Ordusu" qəzeti № 12 (2430)

Müqəddəslik zirvəsidi Vətən sevgisi

Soyuq bir qış günündə getdiyim dolanbac yollar xatirələrimin şahididir. O xatirələr ki, gözümdə bir-bir canlanır. Bu yolda xatırlaya biləcəyim ən unudulmaz gün 8 il öncə hərbi xidmətə yollandığım gündür. Yaz idi... Təbiətin oyandığı çağlarda bu yoldan keçmək və cərgə ilə düzülən ağacların bir-birini sürətlə əvəz etməsi ömür qatarının dayanmadan irəliləməsi kimi idi.  Qışdır...davamı



“Vətəni qorumaq vətəndaşlıq borcumuzdur”

Azərbaycan Respublikası Qafqazın geosiyasi və geostrateji əhəmiyyət kəsb edən elə bir bölgəsində yerləşir ki, dövlətin təhlükəsizlik problemi regionda olan maraqların kəsişmə bucağından bilavasitə asılıdır. XXI əsrin əvvəlində milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdəndir...davamı



“Vəzifə borcumuzu məsuliyyətlə yerinə yetiririk”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidməti ilə komandir və şəxsi heyətin hörmətini qazanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Zamin Babayevlə tanış olduq. Söhbət əsnasında hərbi qulluqçunun qardaşının da gizir kimi xidmət etdiyini öyrəndik. Komandirlərinin sözlərinə görə, o da vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır...davamı



“Qələbəmizin sevincini yaşamaq istəyirəm”

İkinci Dünya müharibəsində milyonlarla insan həlak oldu, milyonlarla insan yaralandı,  itkin düşdü. Əsir düşərgələrində işgəncələrə məruz qalanlar da oldu. Alman faşizminə qarşı dünyanın digər azadlıqsevər xalqları ilə çiyin-çiyinə Azərbaycan xalqı da vuruşdu...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı. Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.

Suallar:

1. IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı.

2. Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə.

3. Xürrəmilər hərəkatının əhəmiyyəti...davamı




“Çalışırıq ki, şəxsi heyətimiz fiziki cəhətdən çevik, dözümlü və qüvvətli olsun”

Hərbi hissənin ərazisinə daxil olanda ilk  olaraq diqqətimizi idman şəhərciyi cəlb etdi. Burada şəxsi heyətin səhər və axşam fiziki hazırlıq məşğələsi ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Əsgərlərimiz komandirlərinin rəhbərliyi altında müxtəlif idman qurğularında məşq edərək, fiziki güclərini artırırlar...davamı



“Əl ki, əldən bərk yapışa, yorulmaz”

Yolumuz Vətənimizin keşiyində ayıq-sayıq dayanan oğullarımızın yanınadır. Artıq düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. İlk olaraq hərbi hissənin ərazisini gəzirik. Burada əsgərlərimizin sağlamlığının qorunması üçün müasir standartlara cavab verən idman şəhərciyi, sıra və döyüş hazırlığının yüksəldilməsi üçün taktiki sahə, sıra meydanı və mühəndis şəhərciyi var...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı