AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Qafqaz Qartalı - 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar.
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi başlayıb.
Əlahiddə Ümumqoşun Orduda maddi-texniki təminat üzrə komandir müavinlərinin, zirehli tank xidməti və texniki nəzarət məntəqə rəislərinin cəlb edilməsi ilə məşğələ keçirilib.
Müdafiə Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Tərtərdəki Şəhidlər abidə kompleksi, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucov və Elman Hüseynovun büstləri önünə əklil və gül dəstələri qoyulub.
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.
Naxçıvan Qarnizonu qoşunlarında istismarda olan avtomobil texnikalarının qış mövsümünə hazırlığı yoxlanılıb.
ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb.
Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) təsdiq etdikləri birgə plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda ideoloji iş və mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində müsabiqə keçirilib.
Müdafiə nazirinin Azərbaycan Orudusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.