Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2019 12:02

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilib

Müdafiə nazirinin Azərbaycan Orudusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.
Birincilikdə ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak ediblər.
AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 4 qrup üzrə 14  komanda mübarizə aparıb.
Yarışın final oyunu “Beyləqan” və “Şəmkir” komandaları arasında keçirilib. “Beyləqan” komandası 4:2 hesabı ilə yarışın qalibi olub. İkinci yeri “Şəmkir”, üçüncü yeri isə “Bərdə” komandası tutub.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən qayğıdan danışaraq bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib. Həmçinin, oyunları idarə edən hakimlər də mükafatlandırılıb.