AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlər “Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi” mərhələsində bacarıqlarını sınayıblar.
Naxçıvan qarnizonu qoşunlarında iyul ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 11-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Azərbaycan Ordusunun hərbi tibb işçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Beyləqan qarnizonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində Ehtiyat Zabit Hazırlığı kursunu və Hərbi Tibb Fakültəsini yeni bitirmiş gənc zabitlərlə toplanış keçirilib.
Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində “Səhra mətbəxi” müsabiqəsində Azərbaycan komandası finala vəsiqə qazanıb.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!Müsəlmanların mənəvi birlik və həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
“Hərbçilərimizə xidmət etməkdən qürur duyuram”Analar bəşəriyyətin bəzəyi, bizə həyat bəxş edən Tanrının özü qədər sirli və müqəddəsdirlər.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.