AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 15-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku - 2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku” müsabiqəsinin başa çatması ilə əlaqədar avqustun 15-də mətbuat konfransı təşkil olunub.
“Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsi avqustun 15-də başa çatıb.
“Dəniz kuboku - 2019” müsabiqəsinin “Dəniz hazırlığı” üzrə mərhələsində gəminin lövbərə və çəlləyə durması tapşırıqları icra edilib.
Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin son mərhələsi başa çatıb.
Avqustun 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən zabitlərlə təlim-metodiki toplantı keçirilib.
Muxtar respublikamızda ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.
“Dəniz kuboku - 2019” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.
Əlahiddə Ümumqoşun Orduda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.