Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2019 15:00

Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib - VİDEO

Muxtar respublikamızda ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.
Ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində bu gün 36 adda silah, texnika və qurğu mövcuddur.
Hazırda muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, “S-75”, “S-125”, “S-200” zenit raket kompleksləri, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, “SU-17” və “MİQ-21” döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.
Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.