Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2019 19:09

“Səhra mətbəxi” müsabiqəsinin son mərhələsi başa çatıb - VİDEO

Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin son mərhələsi başa çatıb.
Yarışın son günündə iştirakçı komandalar çörək bişirmək üzrə bacarıqlarını nümayiş etdiriblər.
Beləliklə, “Səhra mətbəxi” müsabiqəsinin ümumi yekunlarına görə hakimlərin qərarına əsasən Rusiya Federasiyası birinci, Belarusiya ikinci, Qazaxıstan üçüncü, Azərbaycan komandası isə dördüncü yerdə qərarlaşıb.