Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2019 15:28

Hərbi birlikdə gənc zabitlərlə toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına əsasən Beyləqan qarnizonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində Ehtiyat Zabit Hazırlığı kursunu və Hərbi Tibb Fakültəsini yeni bitirmiş gənc zabitlərlə toplanış keçirilib.
Gənc zabitlərin bilik səviyyəsinin artırılması və praktiki vərdişlərinin möhkəmləndirilməsi məqsədilə toplanış ərəfəsində keçirilən məşğələlərin sonunda məqbullar qəbul edilib.
Toplanışın yekununda birlik komandanlığının gənc zabitlərlə görüşü keçirilib, onlara tövsiyə və tapşırıqlar verilib.
Daha sonra toplanış məşğələlərində ən yaxşı nəticə göstərmiş gənc zabitlər birlik komandanlığı tərəfindən fəxri fərmanla təltif edilib, xidmətdə onlara uğurlar arzulanıb.
Sonda xatirə şəkli çəkdirilib.