AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Əsgər Bayramı” tədbiri keçirildiAprelin 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Əsgər Bayramı" adlı tədbir keçirildi.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçiriləcək.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərini işıqlandırmaq məqsədilə mayın 3-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.
İkinci Dünya müharibəsindən dörd il sonra 4 aprel 1949-cu ildə on iki ölkənin iştirakı ilə Vaşinqton Müqaviləsi imzalandı və Şimali Atlantika Müqaviləsi Təşkilatı rəsmi qaydada təsis edildi.
NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür.
Aprelin 22-dən 30-dək Vyetnamın Xo Şi Min şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) 74-cü Baş Assambleyası və Konqresi keçirilib.
2019-cu il üçün fəaliyyət planına əsasən Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənclər arasında vətənpərvərlik, milli-mənəvi və ailə dəyərlərinə hörmət hisslərinin aşılanması məqsədilə tədbir keçirilib.