AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyərək qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.
Təsdiq edilmiş döyüş hazırlığı planına əsasən hərbi birliyin tabeliyində olan hərbi hissə, tabor və bölük komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulmasında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərin rolu” mövzusunda seminar keçirilib.
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 22-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin rəhbərliyi ilə bir qrup müharibə veteranı, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələri cəbhəboyu zonada yerləşən N saylı hərbi hissəni ziyarət edib.
Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (OMBUDSMAN) birgə təsdiq etdikləri plana əsasən “Ombudsman təsisatı və bu təsisatın hərbi qulluqçuların hüquqlarının müdafiəsi yönümündə apardığı işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
“Ordumuzun qüdrəti əsgərin gücü deməkdir”Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ordu gəncləri ilə görüşlərində bildirirdi ki, əsgərin gücü onun vətənpərvərliyindədir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.