Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2019 13:31

Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər davam edir.
Müxtəlif məntəqələrdə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin ideoloji və mənəvi-psixoloji hazırlığı həyata keçirilir, onlara psixoloji yardım göstərilir, o cümlədən hərbi qulluqçulara beynəlxalq humanitar hüquq mövzusunda ilkin biliklər verilir.
Fəaliyyət göstərən səhra tibb məntəqəsində təcili və davamlı tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi, təxliyə və digər tibbi tədbirlər praktiki icra olunur.