AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.
Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissədə olub.
Mayın 6-də Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.
Mayın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşüb.
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə mayın 5-də Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.
Mayın 4-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin təşkilatçılığı ilə 2019-cu ilin Elmi iş planına uyğun olaraq, Ulu Öndərin 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın daxili və xarici təhlükəsizliyinin təminatında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.